Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb
# 24 oktyabr 2013 09:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin sentyabr ayı üzrə 116,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, avqustda həmin indikator 465,7%, iyulda isə 9,0% olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. İndeksin 100%-dən artıq olması bu investisiyaların aylıq müqayisədə artmasını göstərir. Ümumilikdə, indeks əhəmiyyətli dəyişkənlik nümayiş etdirir və bu, mənzil tikintisinə yönəldilən xərclərin aylıq dinamikasının nəticəsidir:

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və həm tikinti sahəsində, həm onunla bağlı olan sahələrdəki vəziyyəti, həm əhalinin alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti əks etdirir. Eyni zamanda, bu sahəyə müxtəlif subyektiv amillər də təsir edir. Məsələn, iyul ayında ənənəvi azalma baş versə də, bu dərəcədə azalmanın hər hansı sırf iqtisadi səbəblərə görə baş verdiyi şübhəlidir.

Ümumilikdə, yanvar-sentyabr ayları ərzində mənzil tikintisinə 899,7 mln. manat həcmində investisiya qoyulub ki, bu ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 3,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR