Azərbaycan və Niderland kənd təsərrüfatı sahəsində əməkdaşlığı dərinləşdirir

Azərbaycan və Niderland kənd təsərrüfatı sahəsində əməkdaşlığı dərinləşdirir
# 01 noyabr 2013 14:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda Niderlandın senatoru Rene van der Lindenlə görüşüb. Görüşün əsas məqsədi iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin müzakirəsi olub. Görüşdə Niderlandın Azərbaycandakı səfiri Robert Qabriyelsen də iştirak edib.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, H.Əsədov Azərbaycan və Niderland arasında aqrar sahədə mövcud əməkdaşlıq barədə danışıb, Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlərin dəstəklənməsində Niderland hökumətinin layihələri, təlim və seminarların əhəmiyyətini qeyd edib.

Nazir Azərbaycandan Niderlanda kənd təsərrüfatı məhsullarının ixracı zamanı yerli sahibkarların üzləşdiyi başlıca maneələri qeyd edərək, kənd təsərrüfatı məhsullarının ticarətinin qarşılıqlı şəkildə asanlaşdırılması və daha da artırılması məqsədilə tərəflərin mvafiq dövlət qurumları arasında fitosanitariya və baytarlıq sahəsində hüquqi sənədlərin imzalanmasının zəruri olduğunu bildirib.

İki ölkə arasında aqrar sahədə mövcud əməkdaşlığı yüksək qiymətləndirən R.Linden, Azərbaycanın kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüb. Görüşdə R.Linden həmçinin 2014-cü ilin aprel ayında Bakıya səfər edəcək kənd təsərrüfatı - bağçılıq sahəsindən olan nümayəndə heyətinə rəhbərlik edəcəyini qeyd edib, bu nümayəndə heyətinin səfərinə hazırlıqla bağlı müzakirələr aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR