İmişli sakinləri səyyar “Asan Xidmət”dən yararlanır

İmişli sakinləri səyyar “Asan Xidmət”dən yararlanır
# 17 oktyabr 2013 07:37 (UTC +04:00)

Bakı – APA. Oktyabrın 23-nə qədər İmişli rayonun ümumi sayı 115000-dən çox olan sakini səyyar “ASAN Xidmət”dən yararlana biləcək. “Asan Xidmət”dən APA-ya verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Xatırladaq ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

İndiyədək səyyar “ASAN Xidmət” çərçivəsində 15 məntəqədə 27 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR