Qazax rayonunda sahibkarlar üçün treninq keçirilib

Qazax rayonunda sahibkarlar üçün treninq keçirilib
# 28 oktyabr 2013 12:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar üçün «Biznesin əsasları, təşkili və idarə edilməsi» mövzusunda treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, treninqdə biznesin mahiyyəti, biznes mühiti, biznesin təşkilati-hüquqi formaları, biznesin planlaşdırılması, biznesin idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi, biznesin təhlükəsizliyi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir iştirakçılarına həmçinin www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə geniş məlumat verilib.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR