Bu il əhali kateqoriyasına aid 90 270 yeni qaz abonenti qeydiyyata alınıb

Bu il əhali kateqoriyasına aid 90 270 yeni qaz abonenti qeydiyyata alınıb
# 06 sentyabr 2013 13:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi üzrə bu ilin yanvar-avqust aylarında əhali kateqoriyasına aid 90 270 yeni abonent qeydiyyata alınıb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bunun 28 713-ü Bakı, Abşeron və Sumqayıt, 61 557-i isə digər regionlara aid olub. Təkcə bu ilin avqust ayı ərzində 7 731 yeni abonent qeydiyyata alınıb.

Bu ilin 8 ayında əhali sektoru üzrə 1 394 142 970 kubmetr həcmində təbii qaz satılıb, qarşılığında 103,1% vəsait toplanıb. Bu ilin avqust ayı ərzində isə 63 238 237 kubmetr təbii qaz satılıb, bu zaman sərf olunmuş təbii qazın dəyəri üzrə yığılmış vəsaitin həcmi 127,6% təşkil edib.

Bu onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümü zamanı yaranmış debitor borclar abonentlər tərəfindən yaz-yay mövsümündə ödənilib. Nəticədə bu ilin yanvar-avqust ayları ərzində debitor borc 9,6%, təkcə avqust ayında isə 3,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR