Bakıda “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 95” adlı pulsuz sərgi keçiriləcək

Bakıda “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 95” adlı pulsuz sərgi keçiriləcək
# 12 sentyabr 2013 12:07 (UTC +04:00)

Muzeydən APA-ya verilən məlumata görə, sərginin rəsmi açılışı sentyabrın 16-da olacaq.

Sərgi Milli Azərbaycan Tarixi Muzeyinin, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin və Bakıdakı Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzinin birgə dəstəyi ilə təşkil olunur.

Muzeydə Qafqaz İslam Ordusunun ağır, xilaskar yürüşünü əks etdirən eksponatlar mövcuddur. Bu eksponatlar istər siyasi hadisələrin gedişatı, istərsə də hərbi əməliyyatları əyani surətdə nümayiş etdirməyə imkan verir. 100-ə yaxın eksponat, 20-yə yaxın məlumat stendləri, müxtəlif fotoşəkillər, manekenlər, maketlər, rəsm əsərləri tamaşaçıya o dövrün hadisələri haqqında tam təsəvvür yaratmağa imkan verir.

16 sentyabr - 16 oktyabr tarixlərində davam edəcək sərgiyə giriş pulsuz olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR