İranda “ABŞ-a ölüm!” və “İsrailə ölüm!” adlı xalq mərkəzləri yaradılır

İranda “ABŞ-a ölüm!” və “İsrailə ölüm!” adlı xalq mərkəzləri yaradılır
# 08 oktyabr 2013 08:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 4 noyabr Dünya İmperializmi ilə Mübarizə Günü məqsədilə “ABŞ-a ölüm!” və “İsrailə ölüm!” adlı xalq mərkəzləri yaradılır.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Seyid Məsud Cəzayiri bildirib.

Onun sözlərinə görə, ABŞ-ın düşməncə hərəkətləri İslam inqilabının ilk günündən başlayıb: “ABŞ rəhbərliyi və beynəlxalq sionizmin İran xalqına qarşı cinayətləri heç vaxt unudulmayacaq. ABŞ-ın bölgəyə və regiondan kənar ölkələrə qarşı işlədiyi terror hərəkətləri səbəbindən dünyaya açıqlama verməsi və zərərlərini qarşılayaraq üzr istəməsi lazımdır”.

Qeyd edək ki, 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinə hücum edilib, diplomatik korpusun əməkdaşları girov götürülüb və bununla da iki ölkə arasında əlaqələr tamamilə pozulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR