Ukrayna prezidenti: Avropa Birliyi ilə razılaşma Ukrayna vətəndaşlarının rifahını yaxşılaşdıracaq

Ukrayna prezidenti: Avropa Birliyi ilə razılaşma Ukrayna vətəndaşlarının rifahını yaxşılaşdıracaq
# 25 sentyabr 2013 04:59 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Viktor Yanukoviç hesab edir ki, Kiyev və Avropa Birliyi arasında Assosiasiya haqqında razılaşmanın əldə olunması Ukrayna vətəndaşlarının rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

“Qəti şəkildə əminəm ki, bu ilin noyabrında Ukrayna və AB arasında imzalanacaq Assosiasiya haqqında müqavilə və dərin, hərtərəfli azad ticarət zonasının yaradılması Ukrayna vətəndaşlarının rifahının yaxşılaşdırılmasının mühüm vasitəsi olacaq”, deyə Yanukoviç BMT Baş Assmbleyasında çıxışında deyib.

O öz çıxışında həmçinin Avropaya inteqrasiyanın Ukraynanın inkişafında müəyyənedici amil olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR