Azərbaycanlı rejissorların filmləri Vyanada keçirilən kinofestivalda iştirak edir

Azərbaycanlı rejissorların filmləri Vyanada keçirilən kinofestivalda iştirak edir
# 17 sentyabr 2013 12:34 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycanlı rejissorların filmləri Vyanada keçirilən “LET´S CEE” kinofestivalında iştirak edir.

APA-nın məlumatına görə, İlqar Nəcəfin “Buta”, Rodion İsmayılovun “Doğma ocaq” filmləri festivalın siyahısında yer alıb.

Sentyabrın 21-dək davam edəcək festivalda Mərkəzi və Şərqi Avropa ölkələrində istehsal olunan aktual mövzulu bədii və sənədli filmlər, eləcə də qısametrajlı ekran əsərləri nümayiş olunur.

“Buta” filminin rejissoru İlqar Nəcəfin APA-ya verdiyi məlumata görə, ilk dəfə olaraq festivalda Azərbaycan filmlərinə də yer ayrılıb: “Buta”nın nümayişində Azərbaycanın Avstriyadakı səfiri, ölkəmizin nümayəndə heyəti iştirak edirdi. Film sentyabrın 13-dən 19-dək hər gün nümayiş olunacaq. Tamaşaçılar tərəfindən maraqla qarşılandı, həmyerlilərimizin təəssüratları məni çox sevindirdi”.

“LET´S CEE” kinofestivalının nəticələri sentyabrın 21-də elan olunacaq. Festivalda 30 ölkədən 60-dan artıq film nümayiş etdirilir.

Festivalın proqramına azərbaycanlı rejissor Rodion İsmayılovun “Doğma ocaq” sənədli filmi də daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR