Bakıda "Qorxma mən səninləyəm - 2" filminin premyerası olacaq

Bakıda "Qorxma mən səninləyəm - 2" filminin premyerası olacaq
# 09 noyabr 2013 11:58 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Noyabrın 15-də Heydər Əliyev sarayında "Qorxma mən səninləyəm - 2" filminin premyerası olacaq.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Azərbaycan və Rusiya kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri Bakının Pirallahı, Şüvəlan, Mərdəkan qəsəbələrində, İçərişəhər və Qax rayonunun İlisu kəndində aparılıb.

"Qorxma mən səninləyəm - 2” ekran əsərinin ssenari müəllifi və rejissoru, Yuli Qusmandır. Filmdə SSRİ xalq artisti Lev Durov, Azərbaycanın xalq artistləri Polad Bülbüloğlu, Nuriyyə Əhmədova, Məbud Məhərrəmov, Eldar Qasımov və başqaları rol alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR