Belarus hökumətinin dəstəyi ilə 4 nömrəli Bakı Peşə Liseyində Resurs Mərkəzi yaradılıb - FOTO

Belarus hökumətinin dəstəyi ilə 4 nömrəli Bakı Peşə Liseyində Resurs Mərkəzi yaradılıb - <span style="color: red;">FOTO
# 18 noyabr 2013 08:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün 4 nömrəli Bakı Peşə Liseyində “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəzi istifadəyə verilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyi və Belarus hökumətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində istifadəyə verilmiş Resurs Mərkəzi gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunması səviyyəsinin yüksəldilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması məqsədlərinə xidmət edir.


Təhsil Nazirliyi Resurs Mərkəzinin yerləşdiyi binanın əsaslı təmirini və müasir avadanlıqla təchiz edilməsini yerinə yetirib. Mərkəzdə tikinti sahəsi, xüsusən qaynaq texnologiyaları üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Bundan əlavə, Belarus hökuməti ilə əməkdaşlıq çərçivəsində ustaların Belarus Peşə Təhsili İnstitutunda təlim keçməsi təmin olunub. Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatlar ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin etməyə xidmət edir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması planlaşdırılıb.


Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi, kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi və müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR