«Bank Technique»in «Mərkəz» filialı yenidən açılıb

«Bank Technique»in «Mərkəz» filialı yenidən açılıb
# 16 dekabr 2013 07:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC-nin Bakı şəhəri, Nizami küçəsi,68 ünvanında yerləşən «Mərkəz» filialının əsaslı təmirdən sonra rəsmi açılışı olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, xidmət nöqtəsinin paytaxtın mərkəzində açılması çoxsaylı müştərilərin ehtiyaclarının rahatlıqla ödənilməsinə zəmin yaradacaq.

Filialda əhaliyə və hüquqi şəxslərə depozitlər, müxtəlif növ kreditlər, valyuta-mübadiləsi, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam çeşiddə bank xidmətləri göstərilir.

Açılış mərasimində çıxış edən «Bank Technique»in İdarə Heyətinin sədri Ülvi Mansurov filialın şəhərin mərkəzində yerləşməsi, rahatlığı, çoxçeşidli məhsul və xidmətlər təklif edən peşəkar işçi heyətinin kompleks şəkildə müştərilərin ixtiyarına verilməsini üstünlük adlandırıb: «Əhali və müəssisələrə təklif olunan bank xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə xidmət şəbəkəsinin genişləndirilməsi, filial və şöbələrin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində fəal iş aparılır. Gələcəkdə onlayn bank xidmətləri ilə yanaşı, filial şəbəkəsinin genişləndirilməsi də əsas hədəflərimizdəndir», - deyə Ü.Mansurov əlavə edib.


Xatırladaq ki, hazırda «Bank Technique»in xidmət şəbəkəsi baş ofis, 32 filial və 13 şöbədən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR