TRT-nin Qahirədəki müxbirinin həbs müddəti uzadılıb

TRT-nin Qahirədəki müxbirinin həbs müddəti uzadılıb
# 19 avqust 2013 11:09 (UTC +04:00)

Bakı – APA. Qahirənin Ramses meydanındakı Əl Fəth məscidinə xəbər hazırlamaq üçün gedən TRT-nin Qahirə müxbiri Mətin Turan həbs edilib. TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcanın APA-ya verdiyi məlumata görə, M. Turanın həbs müddəti uzadılıb.

Jurnalistin azad edilməsi üçün Türkiyənin Qahirədəki səfirliyinin nümayəndələri diplomatik danışıqlar aparır. Səfirlik nümayəndələri ilə vəkillərdən ibarət olan qrup M. Turanın saxlanıldığı həbsxanaya gedib. Misir nümayəndələri M. Turanın vəziyyətinin yaxşı olduğunu, dindirilmə prosesinə qadın və gənclərdən başlanıldığı üçün prosesin uzandığını açıqlayıblar. TRT Qahirə müxbirinin azad olunması üçün beynəlxalq mediaya çağırış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR