Ötən ay gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 37 müəssisənin sahibkarı cərimələnib, 3 obyekt bağlanıb

Ötən ay gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 37 müəssisənin sahibkarı cərimələnib, 3 obyekt bağlanıb
# 30 yanvar 2014 14:32 (UTC +04:00)

APA-nın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 922, mikrobioloji göstəricilərinə görə 873, toksikoloji göstəricilərinə görə 343, radioloji göstəricilərinə görə 32 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 14-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 1158 yaxma nümunəsi, 23 soyuq qəlyanaltı nümunəsi götürülüb, 23 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Dekabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş verib, 113 zərərçəkən olub. O cümlədən 9 botulizm hadisəsi baş verib, zərərçəkənlərin sayı 17 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR