Suriya ilə bağlı görüş BMT TŞ-nin daimi üzvlərinin XİN rəhbərləri səviyyəsində keçiriləcək

Suriya ilə bağlı görüş BMT TŞ-nin daimi üzvlərinin XİN rəhbərləri səviyyəsində keçiriləcək
# 27 sentyabr 2013 00:51 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun, ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrovun sentyabrın 27-nə planlaşdırılmış Suriya ilə bağlı görüşündə Təhlükəsizlik Şurasının digər 3 üzvü – Böyük Britaniya, Çin və Fransanın XİN rəhbərləri də iştirak edəcək. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidmətinin nümayəndəsi Dayana Santana bildirib.

“Bu görüş BMT TŞ-nin daimi üzvlərinin XİN rəhbərlərinin iştirakı ilə baş tutacaq”, deyə Santana bildirib. Dayana Santana görüşün konkret vaxtını açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR