Azərbaycanda 2013-cü ilin son və 2014-cü ilin ilk günü üçün hava proqnozu açıqlanıb - YENİLƏNİB

Azərbaycanda 2013-cü ilin son və 2014-cü ilin ilk günü üçün hava proqnozu açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 28 dekabr 2013 12:32 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında səhər hava şəraitinin buludlu, bəzi yerlərdə dumanlı, çiskinli olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək. Küləyin sürəti 8-13, arabir 15-17 m/s təşkil edəcək. Havanın temperaturunun 4-6 dərəcə isti olacağı ehtimal olunur.

Gündüz hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Küləyin sürəti 8-13, arabir 15 m/s təşkil edəcək. Havanın temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir. Axşam buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi əsəcək. Küləyin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturunun 2 dərəcəyədək isti olacağı gözlənilir.


Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə havanın çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturunun 2 dərəcəyədək isti olacağı gözlənilir.

Yanvarın 1-də Bakıda və Abşeron yarımadasında səhər hava şəraitinin buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 17 m/s təşkil edəcək. Havanın temperaturunun 3 dərəcəyədək isti olacağı gözlənilir.


Gündüz buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 18-20 m/s təşkil edəcək. Havanın temperaturunun 5 dərəcəyədək isti olacağı gözlənilir. Axşam buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 18 m/s təşkil edəcək. Havanın temperaturunun 2 dərəcəyədək isti olacağı gözlənilir.

* * *

12:54

Bakı. Könül Kamilqızı - APA. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü ölkə ərazisində müşahidə olunacaq hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, ayrı-ayrı rayonlarda çiskin olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Naxçıvanda gecə 15-20 dərəcə şaxta, bəzi yerlədə 23 dərəcə şaxta, gündüz 8-13 dərəcə şaxta gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR