Cəlilabadda sərnişin taksi sürücüsünü bıçaqlayıb - FOTO - VİDEO

Cəlilabadda sərnişin taksi sürücüsünü bıçaqlayıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 iyun 2014 14:42 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Cəlilabad rayon sakini, 24 yaşlı Emin Cəfərov müştəri qismində avtomobilə əyləşmiş rayon sakinini lazımi ünvana aparıb. Daha sonra həmin şəxs deyilən ünvana çatmamış sürücünü geri qaytararaq, ondan avtomobili digər istiqamətə sürməyi tələb edib. Bu zaman avtomobilin yanacağı qurtarıb. Sürücü Emin Cəfərov yanacaq almaq üçün sərnişindən gediş haqqını tələb etdikdə, onlar arasında mübahisə yaranıb. Bu zaman "Qara" ləqəbli sərnişin sürücüyə yaxınlaşaraq üzərindəki bıçaqla ona bir neçə zərbə endirərək aradan çıxıb.

Zərərçəkmiş E.Cəfərov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayət hadisəsini törətmiş şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR