Dünən Azərbaycanda baş verən yol qəzalarında 15 nəfər ölüb

Dünən Azərbaycanda baş verən yol qəzalarında 15 nəfər ölüb
# 17 sentyabr 2013 08:48 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, ötən gün respublikada 24 yol qəzası baş verib. Nəticədə 15 nəfər ölüb, 33 nəfər yaralanıb. Baş verən yol qəzalarının ikisi Sumqayıtda qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

K. Əliyev sürücülərə müraciətində bildirib ki, təkcə ötən gün baş verən yol qəzalarının statistikası sürücülərin surət həddinə məhəl qoymadığını göstərir. K. Əliyev bir daha sürücüləri surət həddini aşmamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR