Azad Rəhimov Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak edəcək

Azad Rəhimov Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak edəcək
# 20 noyabr 2013 11:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 22 noyabr tarixində Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak etmək üçün İtaliyanın paytaxtı Roma şəhərində səfərdə olacaq. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Komitənin prezidenti və baş katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq. 23 noyabr tarixinədək davam edəcək tədbirdə Bakıda 2015-ci ildə keçiriləcək 1-ci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər haqqında Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək. Baş Assambleyada 2013-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR