Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlayacaq

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlayacaq
# 23 dekabr 2013 09:12 (UTC +04:00)

APA-nın məlumatına görə, Xidmət tərəfindən hazırlanacaq ixtisasların siyahısı təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunub.

Nazirlər Kabineti tərəfindən siyahı təsdiq olunduqdan sonra SHÇDX-nin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC tərəfindən çağırış yaşı çatmış şəxslərdən Silahlı Qüvvələrin ehtiyac duyduğu zirehli texnika sürücüləri, snayper, mühəndis-istehkamçı, rabitəçi, paraşütçü-desant və s. hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirəcək.

Hazırda “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC tərəfindən sürücü və aşpaz kursları təşkil olunur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR