Azərbaycanda inşa olunan Neft-Qaz və Neft-Kimya Kompleksinin fəaliyyəti ilə bağlı 1000-ə yaxın standart hazırlanacaq

Azərbaycanda inşa olunan Neft-Qaz və Neft-Kimya Kompleksinin fəaliyyəti ilə bağlı 1000-ə yaxın standart hazırlanacaq
# 04 dekabr 2013 10:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında müqavilə imzalanıb.

Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, müqavilə Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz və Neft-Kimya Kompleksinin (NQNK) inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanması və Azərbaycanın dövlət standartları kimi qeydiyyata alınmasının təmin olunmasını əhatə edir.

Müqavilə predmeti olan layihə çərçivəsində İnstitut mütəxəssisləri tərəfindən NQNK-nın inşası zamanı tətbiq olunacaq tikinti sahəsi üzrə beynəlxalq və regional standartlar, həmçinin NQNK-nın gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində neft, qaz və kimya sahələri üzrə beynəlxalq və regional standartların aktuallığı araşdırılacaq, Azərbaycan dilinə tərcümələri təmin olunmuş standart layihələri linqvistik, orfoqrafik və dövlət standartlaşdırma sisteminə uyğunluğu üzrə ekspertizası aparılacaq.

Layihənin birinci mərhələsinin müddəti 2 il təşkil edir. Ümumilikdə, layihənin müddəti 8 ilə yaxındır və layihə çərçivəsində bir minə yaxın beynəlxalq və regional standartlar əsasında milli standartların hazırlanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR