Misirdə iki mikroavtobusun toqquşması nəticəsində 8 nəfər ölüb

Misirdə iki mikroavtobusun toqquşması nəticəsində 8 nəfər ölüb
# 23 oktyabr 2013 03:51 (UTC +04:00)

Bakı-APA. Misirdə iki mikroavtobusun toqquşması nəticəsində 8 nəfər ölüb, 16 nəfər xəsarət alıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, qəza paytaxt Misiri ölkənin cənub bölgələri ilə birləşdirən magistral yolda baş verib. İlkin məlumata görə, qəzaya səbəb hər iki mikroavtobusun yüksək sürətlə hərəkət etməsi olub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Misirdə hər il yol nəqliyyat qəzalarında 12 minədək insan ölür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR