İstanbulda Türk Dünyası Uşaq Şənliyi başlayıb - FOTO

İstanbulda Türk Dünyası Uşaq Şənliyi başlayıb - <span style="color: red;">FOTO
# 02 iyun 2014 11:14 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin İstanbul şəhərində Türk Dünyası Uşaq Şənliyi başlayıb. APA-nın Türkiyə müxbiri xəbər verir ki, Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) təşkil etdiyi XVIII uçaq şənliyi Kadıköy limanındakı Atatürk meydanında keçirilir.

Şənliyin açılış mərasimində türk dünyasından gələn uşaqlar TDAV başqanı Kozhan Yazqan və rəsmi şəxslərlə birlikdə meydandakı Atatürk abidəsinə çələng qoyublar.

Açılış nitqlərindən sonra türk dünyasının müxtəlif guşələrindən gələn şagird qrupları musiqi nömrələri ilə çıxış ediblər.

Mərasim vaxtı APA-ya açıqlama verən TDAV basqanı K. Yazqan vəqfin qurucusu Turan Yazqanın vəfatından sonra onun açdığı yolda inamla irəlilədiklərini və XVII Türk Dünyası Uşaq Şənliyini yüksək səviyyədə keçirməkdən çox məmnun olduqlarını vurğulayıb.

Sənlikdə türk dünyasının Sibirdən Makedoniyaya qədər olan müxtəlif guşələrindən 40 qrup, 400 şagird, 50 müəllim iştirak edir.

Şənlikdə Azərbaycan Bakıdakı Atatürk adına liseyin şagirdləri tərəfindən təmsil olunur.

Təbrizdən gələn şagird qrupu isə tədbirdə 6-cı dəfədir iştirak edir.

Təbriz qrupunun rəhbəri Əlirza Qaffarnigar APA-ya açıqlamasında şənlikdə iştirakdan məmnun olduqlarını, bundan sonra da bütün şənliklərə qatılacaqlarını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR