Kür çayı və Lənkəran çayı üzərində körpü keçidləri tikilir

Kür çayı və Lənkəran çayı üzərində körpü keçidləri tikilir
# 07 sentyabr 2013 13:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakını Rusiya dövlət sərhədi ilə birləşdirən 208 kilometrlik yolun yeni tras üzrə Gəndov-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsində işlər sürətlənib.

APA-Economics”in xəbərinə görə, “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov YAP-ın saytına müsahibəsində bildirib ki, yolun 118 km hissəsində işlər başa çatdırılıb.

O qeyd edib ki, hazırda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Ələt hissəsinin 50-69-cu kilometrlik sahəsinin, Yevlax-Gəncə, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

“Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun reallaşdırılması istiqamətində də uğurlu addımlar atılıb. Hazırda magistralın Yenikənd-Salyan, Salyan-Şorsulu, Masallı-Astara hissələrinin, Salyan şəhərinin Çuxanlı kəndi ərazisində Kür çayı və Masallı-Lənkəran sahəsində Lənkəran çayı üzərindəki körpü keçidlərinin tikintisi işləri gedir”, - deyə Cavid Qurbanov əlavə edib.

Qeyd edək ki, ölkənin ümumi istifadədə olan 18994 kilometr avtomobil yolunun 17521 kilometrinə “Azəryolservis” ASC tərəfindən xidmət göstərilir. Onun 4366 km-i respublika əhəmiyyətli, 13155 km-i yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1285-ə yaxın 46578 poqon m uzunluğunda körpülər var. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1552 km təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR