Azərbaycan əhalisi pərakəndə ticarət məsrəflərinin 52%-ni qida məhsulları və içkilərin alınmasına xərcləyir

Azərbaycan əhalisi pərakəndə ticarət məsrəflərinin 52%-ni qida məhsulları və içkilərin alınmasına xərcləyir
# 29 noyabr 2013 14:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrindən orta hesabla ayda 86,8 manatlıq ərzaq, 80,8 manatlıq qeyri-ərzaq malları alıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alışına 20,4% və ya 13,7 manat daha çox vəsait xərcləndiyi halda, ərzaq malları üzrə artım 2,3% və ya 2,0 manat olub.

Bu ilin yanvar-oktyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 51,8%-i qida məhsulları və içkilərin, 1,7%-i tütün məmulatları, 20,9%-i toxuculuq malları, geyim və ayaqqabı, 4,4%-i elektrik malları və mebel, 1,2%-i kompyuter avadanlıqları, kitab və digər çap məmulatları, 1,2%-i əczaçılıq və tibbi mallar, 6,5%-i avtomobil yanacağı, 12,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR