Araşdırma: Azərbaycan qoz istehsalı və qoyunçuluq sahəsində geniş imkanlara malikdir

Araşdırma: Azərbaycan qoz istehsalı və qoyunçuluq sahəsində geniş imkanlara malikdir
# 07 yanvar 2014 13:31 (UTC +04:00)

«İqtisadi və inzibati rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması» adlanan bu elmi-tədqiqat sənədində ölkənin aqrar sahə üzrə rayonlarının ixtisaslaşması aparılıb.

Bu, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilib. Araşdırma işləri kənd təsərrüfatı üzrə ixtisaslaşmaya dair beynəlxalq təcrübə əsasında aparılıb.

İnstitutun direktoru Vilayət Vəliyev «APA-Economics»ə bildirib ki, rayonlar üzrə aparılan araşdırma zamanı həmin ərazilərdə prioritet olan sahələr müəyyənləşdirilib və onlar təkliflər şəklinə salınıb.

Onun sözlərinə görə, rayonlar bitkiçilik və heyvandarlıq sahələri üzrə sinfi təsnifatlara bölünüb. Belə ki, İnstitut mütəxəssislərinin müəyyən etdikləri əsas məqam ölkənin istisnasız olaraq istənilən inzibati-iqtisadi rayonunda bitkiçilik üzrə qoz, heyvandarlıq üzrə isə qoyunçuluq sahəsinin böyük imkanlara sahib olmasından ibarətdir.

«Çünki bütün inzibati-iqtisadi rayonlarda bu iki sahə üzrə əmsallar ən yüksək göstəricilərlə qeyd olunur. Məsələn, araşdırma göstərir ki, Azərbaycanda qozun həm istehsalı, həm də emalı və ixracı üçün çox böyük perspektivlər mövcuddur», - deyə V.Vəliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR