Avropa Liqası: "Xəzər Lənkəran" ev oyununda “Makkabi”yə 0:8 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb

Avropa Liqası: "Xəzər Lənkəran" ev oyununda “Makkabi”yə 0:8 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb
# 25 iyul 2013 20:13 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz “Xəzər Lənkəran” doğma azarkeşləri önündə revanş matçına çıxıb.


Baş məşqçi Con Toşakın yetirmələri ilk görüşdə 2 cavabsız topla məğlub olduqları İsrail “Makkabi”sini sınağa çəkib. Növbəti mərhələyə keçmək üçün cənublulara bu qarşılaşmada mütləq qələbə lazım idi. “Xəzər Lənkəran” rəqibinə minimum 3 top vurmalı idi ki, Avropa Liqasında yoluna davam eləsin.

Lakin "Xəzər Lənkəran" ev oyununda iri hesabla məğlub olaraq (0:8) Avropa Liqasında mübarizəni dayandırıb.

Avropa Liqası

II təsnifat mərhələsi (cavab oyunu)

25 iyul

“Xəzər Lənkəran” (AZƏRBAYCAN) – “Makkabi” (İsrail) - 0:8

QOLLAR: Alon Turgeman, 8; Yaniv Katan, 9; 44; Ruben Rayos, 12 (penaltidən); 61; Şimon Abuhazira, 26; Hen Ezra, 41; 76

İlk oyun – 0:2

Baş hakim: Danni Makkeli (Hollandiya)

Lənkəran. Mərkəzi şəhər stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR