«Unibank» neftçilər üçün güzəştli kredit kampaniyası keçirir

«Unibank» neftçilər üçün güzəştli kredit kampaniyası keçirir
# 09 sentyabr 2013 12:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Unibank» ASC neftçilərin peşə bayramı ilə əlaqədar güzəştli kredit kampaniyasına başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu gündən etibarən, bankdan kredit götürən hər bir neft işçisi üçün kreditlər 3% endirimlə veriləcək, üstəlik bu aksiyadan bəhrələnən hər kəsə bir sıra üstünlüklər verən, minimal kredit limiti 300 manat olan «MC Gold» kartı hədiyyə olunacaq.

Bu kartdan bir çox ölkədə istifadə etmək mümkündür. Neft sahəsində çalışanlar maksimum 7 500 manatadək krediti 48 ay müddətinədək götürə bilərlər. Kampaniya sentyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, «Unibank»da nağd kredit götürən hər bir müştəri üçün maksimal yaş həddi 70-dir. Kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur. Bankın filialları şənbə günləri də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR