Böyük Britaniyanın Azərbaycandakı səfiri ADU-da mühazirə oxuyub - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri ADU-da mühazirə oxuyub - <span style="color: red;">FOTO
# 19 noyabr 2013 10:49 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqı qəbul edib.

ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirib.

Universitet haqqında danışan Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrindən söz açıb. O, ADU-nun Böyük Britaniya universitetləri ilə əlaqələrinə də toxunub, Böyük Britaniyanın Esseks və Qlazqo universitetləri ilə əməkdaşlıqdan söz açıb. Rektor Esseks Universiteti ilə ADU arasında ikili diplomların tətbiqindən, İpsviç Universiteti ilə münasibətlərin yüksək səviyyədə qurulmasından, ADU-nun “Təlimdə İnnovasiyalar və əlavə təhsil” kafedrasının British Council-la əlaqələrindən danışıb.

Səmimi qəbula görə təşəkkür edən səfir İrfan Siddiq Azərbaycan və Böyük Britaniya əlaqələrindən, universitetlərarası münasibətlərdən, təhsil sahəsindəki əməkdaşlıqdan danışıb. O, təhsil sahəsindəki əməkdaşlığın hər zaman vacib olduğunu sözlərinə əlavə edib və səfirliyin səmərəli əməkdaşlıq üçün müxtəlif təhsil layihələrini həyata keçirdiyini deyib.

Görüşdən sonra səfir İrfan Siddiq ADU-nun tələbələri ilə görüşüb. O, tələbələr qarşısında Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyi və Avropa Birliyinin Şərq ölkələri ilə əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Sonda səfir tələbələrin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR