«Nar Mobile» jurnalistlər üçün xüsusi tarif hazırlayıb

«Nar Mobile» jurnalistlər üçün xüsusi tarif hazırlayıb
# 26 iyul 2013 11:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın «Azerfon» mobil rabitə operatoru (“Nar Mobile” ticarət nişanı) jurnalistlər üçün xüsusi danışıq tarifi (NarMedia) tətbiq edib. Bununla da, jurnalistlər şəbəkə daxilində 2 qəpiyə danışmaq imkanı əldə ediblər.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, jurnalistlər bu qiymətə tarif planına qoşulmaqla öz aralarında danışa biləcəklər. Bunun üçün mətbuat nümayəndələri şirkətin «Nar Dünyası» mərkəzlərinə müraciət edərək, şəxsiyyət vəsiqəsi, jurnalist fəaliyyətini təsdiq edən vəsiqə, iş yerindən arayış (möhür, imza, ünvan, telefon və e-poçt qeyd olunmaqla), Mətbuat Şurasında qeydiyyat sənədini (ancaq qəzet və jurnallar üçün) təqdim etməlidirlər.

Qeyd edək ki, yeni tarif planı bütün TV, radio və internet media nümayəndələri, habelə Mətbuat Şurasında qeydiyyatdan keçmiş qəzet və jurnalların əməkdaşları üçün qüvvədədir.

«NarMedia» paketi və «Nar Dünyası» mərkəzlərinin siyahısı haqqında www.narmobile.az/az/private/additional/segmentbasedcampaigns/NarMediaTariff/ saytından daha ətraflı məlumat əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR