Rövnəq Abdullayev: "Azərbaycanın neft hasilatında ilin sonunda cüzi artım ola bilər"

Rövnəq Abdullayev: "Azərbaycanın neft hasilatında ilin sonunda cüzi artım ola bilər"
# 20 sentyabr 2013 17:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan neft hasilatı həcminin eniş dövrünü geridə qoyub. “APA-Economics”in məlumatına görə, bunu bu gün Neftçilər Günü münasibəti ilə keçirilən mərasimdə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. O qeyd edib ki, ARDNŞ-in öz yataqlarında və xarici şirkətlərlə birgə işlənən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda azalma tempi tam aradan qaldırılıb.

R.Abdullayevin sözlərinə görə, hazırda neftin hasilat göstəriciləri hasilatın azalmasının dayandırıldığını təsdiq edir. “İlin sonuna cüzi artım ola bilər”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR