Sumqayıtda yanğın olub, 15 nəfər təxliyə edilib

Sumqayıtda yanğın olub, 15 nəfər təxliyə edilib
# 20 may 2013 12:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kvadratmetr olan üçotaqlı mənzilin 1 otağında ev əşyaları 3 kv.m sahədə yanıb. Yanğın zamanı mənzillərdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR