Gəncədə 29 yaşlı kişi intihar edib

Gəncədə 29 yaşlı kişi intihar edib
# 17 yanvar 2014 14:33 (UTC +04:00)

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günün ikinci yarısı, şəhərin DOS 84 yaşayış massivində baş verib.

Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Səxavət Cavadov yaşadığı evin dəhlizində özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR