Həsən Ruhani: “Bu gün dünya ölkələri ilə əlaqələr olmadan inkişaf etmək qeyri-mümkündür” - FOTO

Həsən Ruhani: “Bu gün dünya ölkələri ilə əlaqələr olmadan inkişaf etmək qeyri-mümkündür” - <span style="color: red;">FOTO
# 07 dekabr 2013 12:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Biz İran xalqının ideal hüququna etimad göstərərək məsələlərə məntiqlə yanaşmalıyıq. Belə ki, üzümüzə qapılarını bağlamaq istəyənlərə öz qapılarımızı açmalıyıq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri İran prezidenti Həsən Ruhani bu gün Tehranın Şəhid Beheşti Universitetində tələbələr qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün dünya ölkələri ilə əlaqələr, xüsusilə iqtisadi əməkdaşlıq olmadan inkişaf etmək nəinki çox çətindir, bəzən hətta qeyri-mümkündür: “Bu gün dünya ölkələri ilə əlaqə qurulmadan iqtisadi inkişaf ola bilməz. Belə ki, ölkənin bank sistemi, iqtisadi sektoru və idxal və ixrac əməliyyatları xarici dünya ilə əlaqə olmadan mümkün deyil”.

H.Ruhani deyib ki, İran bölgədə və Suriyada yeni müharibənin baş verməməsinə səy göstərir: “İran, Rusiya, İraq və Livan, xüsusilə bir çox bölgə ölkələrinin dağıdıcı müharibənin qarşısını almaqda çox təsirli rolu olub”.

İran prezidenti Cenevrə razılaşmasına da toxunub: “Nüvə razılaşmasından şoka düşən İsrail buna çox qəzəblənərək kədərləndi. Ancaq dost ölkələr bu razılaşmadan məmnun qaldılar. Bizim şüarımız budur ki, sentrifuqalar fəaliyyət göstərməklə yanaşı, ölkə və xalqın da həyatı dəyişməlidir. Nüvə texnologiyası başda olmaqla dinc məqsədli nüvə enerjisindən yararlanmaq İranın haqqıdır”.

Qeyd edək ki, İran prezidentinin İsraillə bağlı çıxışı zamanı tələbələr “İsrailə ölüm!”, “ABŞ-a ölüm!”, “Nüvə enerjisindən istifadə haqqımızdır!” şüarlarını səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR