Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərdən qadağan olunmuş əşyalar götürülüb

Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərdən qadağan olunmuş əşyalar götürülüb
# 18 yanvar 2014 07:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdən mobil telefon aşkar edilərək götürüblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə məhkum olunmuş, hazırda Bakı Apelyasiya Məhkəməsinin hesabında olan Rasim Məhərrəm oğlu Cabbarovun üzərinə və saxlandığı palataya baxış keçirilərkən, palatasındakı dolabçanın üstündə içərisində «Nar» və «Cin» danışıq kartları olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.


Digər əməliyyat-axtarış tədbirləri nəticəsində həmin təcridxanada saxlanılan, Cinayət Məcəlləsinin 182.1, 234.1 və 178.3.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Anar İmanverdi oğlu Muradovun üzərinə baxış keçirilərkən, əynindəki gödəkçənin cibindən içərisində «Nar» danışıq kartı olan 1 ədəd «Samsung» markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Hər iki fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR