İranın neft naziri Türkiyənin baş naziri ilə görüşüb

İranın neft naziri Türkiyənin baş naziri ilə görüşüb
# 22 yanvar 2014 11:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın neft naziri Bijən Namdar Zəngənə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.

B.N.Zəngənə jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə ikitərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsi mövzusunda çox yaxşı qərarlar alınıb: “Yaxın günlərdə hər iki tərəfin də nümayəndə heyətlərinin detallarla bağlı müzakirələr aparması, beləcə Ərdoğanın İran səfəri əsnasında qəti nəticələr əldə edilməsi və lazımi protokolların imzalanması qərarlaşdırıldı”.

Nazir Cenevrə razılaşmasının qüvvəyə minməsinə də toxunaraq deyib ki, hazırkı mərhələdə İranın neft-kimya sektoruna qarşı tətbiq edilmiş sanksiyalar aradan qaldırılıb: “Bu məhsulların ixracından əldə edilən gəlir sərbəstdir və lazımi yerlərdə xərclənəcək”.

Qeyd edək ki, B.N.Zəngənə həmçinin Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla da görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR