Zaqatala sakinlərinin evini qarət edən şəxs həbs edilib

Zaqatala sakinlərinin evini qarət edən şəxs həbs edilib
# 09 avqust 2013 18:04 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada rayon sakinlərinin evini qarət edən şəxs həbs edilib. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, Zaqatala şəhəri, Nərimanov küçəsi, 17 ünvanında yaşayan Əliyev Ruhulla və rayonun Aşağı Tala kəndində yaşayan Kəmalov Ramazan Zaqatala RPŞ-ə ərizə ilə müraciət edərək evlərinin nəməlum şəxs tərəfindən qarət edilməsi barədə məlumat verib.

Rayon PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ruhulla Əliyevin və Ramazan Kəmalovun evinin Zaqatala şəhər sakini, 1977-ci il təvəllüdlü Burcəliyev Fizuli tərəfindən qarət olunduğu müəyyən edilib. Keçirilmiş tədbirlər nəticəsində Fizuli Burcəliyev Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil edilib.

Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, Fizuli Burcəliyev 16.06.2013-cü il tarixində Ruhulla Əliyevə məxsus mənzildən 950 AZN nağd pul və 5500 AZN məbləğində qızıl-zinət əşyaları, 02.08.2013-cü il tarixində Aşağı Tala kənd sakini Ramazan Kamalovun mənzilindən 150 AZN nağd pul və 2200 AZN məbləğində qızıl-zinət əşyaları, 05.08.2013-cü il tarixində Çöçəkoba kənd sakini Rasim İmanovun mənzilindən 4000 AZN dəyərində qızıl-zinət əşyaları və rayonun Yuxarı Tala kəndində Ramazan Mahmudovun mənzilindən 300 AZN nağd pul oğurlayıb.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, Fizuli Burcəliyevin rayon ərazisində baş verən digər oğurluq hadisəslərində iştirak edib-etməməsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR