Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun mənzil qərargahında keçirilmiş toplantıda iştirak edib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun mənzil qərargahında keçirilmiş  toplantıda iştirak edib
# 22 yanvar 2014 18:43 (UTC +04:00)

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən APA-ya verilən məlumata görə, iclaslarda NATO-nun hazırda Əfqanıstanda apardığı ISAF əməliyyatındakı cari vəziyyət müzakirə edilib. Əsas diqqət isə NATO-nun 2014-cü ildən sonra bu ölkədə aparacağı Təlim, Məsləhət və Dəstək üzrə Missiyasının planlamasına yönəlib. Silahlı Qüvvələrin Baş Qərargah rəisi bu əməliyyatın planlaması ilə bağlı həmin iclasda iştirak edib.

Məlumat üçün qeyd etmək istərdik ki, yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti NATO-ya səfəri zamanı Azərbaycanın bu əməliyyatda iştirak edəcəyini bir daha qeyd edib.

NATO Mənzil Qərargahında baş tutan sonuncu iclas Alyansın Hərbi Komitəsinin Avro-Atlantika Tərəfdaşlıq Şurası formatında olub. İclasda NATO və Avro-Atlantika Tərəfdaşlıq Şurasında təmsil olunan tərəfdaş ölkələr arasında hərbi əməkdaşlıq, yeni təşəbbüslər və gələcək planlar müzakirə edilib. Səfər çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi, həmçinin, Xorvatiya və Gürcüstandan olan həmkarları ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR