Bu il Azərbaycanda 1087 nəfər şagird buraxılış imtahanına buraxılmayacaq

Bu il Azərbaycanda 1087 nəfər şagird buraxılış imtahanına buraxılmayacaq
# 02 iyun 2014 15:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ilində məlumatları "Şagird-məzun" sisteminə daxil edilib, lakin buraxılış imtahanlarına buraxılmayan şagirdlərin siyahısını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013/2014-cü tədris ilində məlumatları "Şagird-məzun" sisteminə daxil edilib, lakin buraxılış imtahanlarına buraxılmayan şagirdlərin siyahısı TQDK-nın internet saytında yerləşdirilib.

Həmin siyahıya əsasən, bu il 1087 nəfər şagird buraxılış imtahanına buraxılmayacaq. Onların bəziləri təhsildən yayındığı üçün biliyi qiymətləndirilmir, bəziləri qeyri-kafi aldığı üçün imtahana buraxılmır. Bəziləri isə təhsil müəssisəsindən xaric edildikləri və ya xarici ölkəyə köçdükləri üçün buraxılış imtahanına buraxılmayacaq.

Siyahı ilə tanış olmaq istəyənlər http://eservices.tqdk.gov.az/sagirdtest/siyahi.aspx keçidinə daxil ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR