Sülhəddin Əkbər: “Rəsul Quliyev istefa verməklə düzgün addım atıb”

Sülhəddin Əkbər: “Rəsul Quliyev istefa verməklə düzgün addım atıb”
# 17 oktyabr 2013 12:01 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər partiyanın lideri Rəsul Quliyevin və digər şəxslərin istefasına münasibət bildirib. S. Əkbər APA-ya açıqlamasında bildirib ki, R. Quliyev istefaya getməklə düzgün qərar verib: “Rəsul Quliyev Azərbaycanda demokratiya uğrunda bundan sonra da mübarizəsini davam etdirəcəyini bəyan edib. O, indiyə qədər bir partiya çərçivəsində demokratiya uğrunda mübarizə aparırdısa, mübarizəsini bundan sonra cəbhəsini genişləndirərək aparmaq istəyir və bildirir ki, Azərbaycanda bu istiqamətdə mübarizə aparan bütün təşkilatlarla əməkdaşlıq etmək niyyətindədir. Mən onun istefa qərarını düzgün qiymətləndirirəm və hörmətlə yanaşıram”.

S. Əkbər Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərovanın da istefalarına münasibətini açıqlayaraq partiya funksionerlərinin bu addımını təəssüflə qarşıladığını qeyd edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Partiya sədri təmsil olunduğu Milli Şuradan özünün hələ ki istefa verməyəcəyini açıqlasa da, bunu istisna da etməyib: “Hələlik Milli Şuradan istefa vermək niyyətimiz yoxdur. Bu, Milli Şuranın bundan sonra aparacağı siyasətlə bağlı olacaq. Yəni, istefamız Milli Şurada gedən müzakirələrdən, qurumun bundan sonra atacağı addımlardan asılı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR