Bakıda “Azərbaycanda müasir standartlaşdırma sisteminin inkişafına dəstək” adlı seminar keçiriləcək

Bakıda “Azərbaycanda müasir standartlaşdırma sisteminin inkişafına dəstək” adlı seminar keçiriləcək
# 01 iyul 2014 07:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda “Tvinninq” layihəsi çərçivəsində növbəti seminar keçiriləcək. Bu barədə “APA-Economics”ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

İyulun 3-də Bakı şəhərində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Azərbaycanda müasir standartlaşdırma sisteminin inkişafına dəstək” adlı “Tvinninq” layihəsinin standartlaşdırma üzrə milli texniki komitələrin fəaliyyətinin gücləndirilməsi komponenti çərçivəsində ekspert Dr. M. Eqqertin “İSO-nun texniki komitələrinin fəaliyyəti” ilə bağlı təqdimatı və bu mövzu ətrafında seminar keçiriləcək.

Tədbirdə standartlaşdırma üzrə milli və beynəlxalq komitələrin rolu və məsuliyyəti, “güzgü komitələr” anlayışı, İSO-nun texniki komitələrinin “iştirakçı” (P-member) və “müşahidəçi” (O-member) üzvlərinin səlahiyyətləri və vəzifələri, İSO-da səsvermə proseduru və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Tədbirdə, həmçinin, ölkədə fəaliyyət göstərən standartlaşdırma üzrə texniki komitələrin nümayəndələri və sahə üzrə mütəxəssislər də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR