Misirdə tayfa arası toqquşmalarda 7 nəfər ölüb

Misirdə tayfa arası toqquşmalarda 7 nəfər ölüb
# 17 oktyabr 2013 20:26 (UTC +04:00)

Bakı-APA. Misirin cənubundakı Luksor şəhərinin yaxınlığında baş vermiş tayfa arası toqquşmalarda 7 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, münaqişəyə səbəb iki ailə arasında yaranmış mübahisə olub. Mübahisəyə isə səbəb tayfalardan birinin nümayəndəsinin yolda tramplin quraşdırması olub. Baş vermiş münaqişədə tərəflər avtomat silahlardan istifadə ediblər.

İğtişaşlar baş verən kəndə polis dəstələri cəlb olunub, toqquşmaların səbəbkarları saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR