Azərbaycanda icbari sığortaya cəlb olunan avtomobillərin sayı 3% artıb

Azərbaycanda icbari sığortaya cəlb olunan avtomobillərin sayı 3% artıb
# 04 fevral 2014 12:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda 50 844 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, bunun təxminən 16,7 mini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrinin payına düşüb.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 3,7 mln. manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 3,3%, sığorta haqlarının məbləğində 4,7% artım müşahidə edilib.

Bu ilin yanvar ayında hər bir avtonəqliyyat vasitəsi üçün ödənilən orta sığorta haqqı 74,4 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR