Vergilər Nazirliyi: Dünyanın heç bir yerində heç kim könüllü olaraq vergi ödəmir

Vergilər Nazirliyi: Dünyanın heç bir yerində heç kim könüllü olaraq vergi ödəmir
# 19 dekabr 2013 09:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Dünyanın heç bir yerində heç kim könüllü olaraq vergi ödəmir. Hətta dünyanın ən inkişaf etmiş ölkəsində belə heç bir könüllü olaraq gətirib vergisini ödəmir”.


APA-Economics”in məlumata görə, bunu bu gün Bakıda keçirilən “Vergi partnyorluğu: qarşılıqlı inam və etimad körpüsü” adlı tədbirdə vergilər nazirinin müşaviri Akif Musayev bildirib.


Onun sözlərinə görə, bunun üçün mütləq məcburi bir sistem işləməlidir: “Bu gün Azərbaycanda 533 min vergi ödəyicisi var. Onlara isə 2 300 vergi orqanı əməkdaşı nəzarət edir”.


A.Musayev deyib ki, Vergilər Nazirliyi vergi yığan bir qurum deyil: “Vergilər Nazirliyi vergilərə nəzarət edən qurumdur. Vergiləri xalq özü yığmalıdır, könüllü olaraq vergilərini ödəməklə. Amma bizdə belə deyil”.


O qeyd edib ki, bu gün Azərbaycanda 3 dəqiqəyə vergi orqanlarında elektron formada qeydiyyatdan keçmək mümkündür. Vergilər Nazirliyi 57 elektron xidmətdən 51-ni tətbiq edir. Bu gün bununla bağlı aparılan işlər davam etdirilir.


A.Musayev deyib ki, bu gün Vergilər Nazirliyi “Bələdiyyələrin elektron uçotu”nun qeydiyyata alınması üzərində çalışır: “Bunun üzərində işlər aparılır. Bu, çox böyük bir layihədir. Bunu da həyata keçirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR