Cüzeppe Verdinin 200 illik yubileyinə həsr olunmuş konsert olacaq

Cüzeppe Verdinin 200 illik yubileyinə həsr olunmuş konsert olacaq
# 13 may 2013 12:46 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Mayın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında məşhur italyan bəstəkar Cüzeppe Verdinin 200 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Bu barədə APA-ya filarmoniyanın mətbuat xidmətindən məlumat verilib. Konsert proqramında dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kopellası bəstəkarın əsərlərindən parçalar ifa edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR