Türkiyənin özəl və dövlət universitetləri Bakıda sənəd qəbulu aparacaq

Türkiyənin özəl və dövlət universitetləri Bakıda sənəd qəbulu aparacaq
# 15 avqust 2013 16:45 (UTC +04:00)

Bakı – APA. Türkiyənin özəl və dövlət universitetləri Bakıda sənəd qəbulu və tanıtım günləri həyata keçirəcək. APA-nın xəbərinə görə, 17-18 avqust tarixlərində (Saat: 15:00 – 19:00) “Hilton Bakı” hotelində təşkil ediləcək sərgidə valideynlər və abituriyentlər Türkiyənin ali təhsil ocaqlarının nümayəndələri ilə birbaşa görüşüb, onları maraqlandıran sualları verə biləcəklər. Bundan əlavə, universitetlərə birbaşa sənəd qəbulu da həyata keçirmək mümkün olacaq.

TQDK imtahanlarından yüksək bal toplayanlara təqaüd və endirim imkanları, Türkiyədə qiyabi təhsil imkanları və digər məsələlər haqda məlumat veriləcək. Sərgi “Akademi Group” (Study Abroad) tərəfindən təşkil olunub. Sərgidə Bahçeşehir Universiteti, Bezmialem Vakıf Universiteti, Fatih Sultan Mehmet Universiteti, İstanbul Aydın Universiteti, İstanbul Kültür Universiteti, Şehir Universiteti, Sabancı Universiteti, İzmir Universiteti, Yaşar Universiteti, Atatürk Universitetinin qiyabi təhsili təmsil olunacaq. Bundan əlavə, bir sıra dövlət universitetlərinə də “Akademi Group” tərəfindən konsultasiya və sənəd qəbulu aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR