Qobustan həbsxanasına başçəkmə həyata keçirilib

Qobustan həbsxanasına başçəkmə həyata keçirilib
# 22 yanvar 2014 14:29 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın ünvanına daxil olmuş müraciətin yerində araşdırılması məqsədilə Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustandakı həbsxanasına başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib.

Başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında və karantin otağında araşdırma aparılarkən, orada saxlanılan şəxslərlə təklikdə konfidensial qaydada söhbət zamanı onlar saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyiblər.

Eyni zamanda Müvəkkilin ünvanına daxil olmuş müraciətin yerində araşdırılması məqsədilə məhkum S.Z. kamerasında qəbul edilib. Araşdırma aparılarkən müəyyən olunub ki, MPQ üzvlərinin həbsxanaya əvvəlki başçəkməsi zamanı bu kameranın şəraitinin yaxşılaşdırılması ilə bağlı müəssisə rəhbərliyinə verilmiş tövsiyələr müsbət həll edilib.

Bundan əlavə, S.Z.-nın qaldırdığı məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumuna müraciət olunub.

Başçəkmənin sonunda həbsxana rəhbərliyinə və müəssisənin tibb hissəsinin rəisinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR