«Unibank» nağd kreditlərlə bağlı keçirdiyi lotereyanın növbəti tirajının qaliblərini müəyyənləşdirib

«Unibank» nağd kreditlərlə bağlı keçirdiyi lotereyanın növbəti tirajının qaliblərini müəyyənləşdirib
# 06 fevral 2014 09:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin «Nağd kredit əldə edin və qazanın» adlı tirajlı stimullaşdırıcı lotereyasının IV tirajının qalibləri müəyyən edilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, Müsabiqə Komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduşun nəticələrinə əsasən, 26 qalib seçilib.

Qaliblərdən 20 nəfər 100 manat, 4 nəfər 500 manat, 2 nəfər isə 1 000 manat pul mükafatı əldə edib.

Oktyabrın 1-dən başlayan və hər ay keçirilən lotereya tirajlarında 390 qalib elan ediləcək. Uduşun ümumi fondu 90 min manat təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Qeyd edək ki, 26 qalib olan hər tirajın uduş məbləği 6 min manat təşkil edir. Lotereya qaliblərinin siyahısı ilə www.unibank.az/az/about-bank/news/221/ linki vasitəsilə və «525-ci qəzet»in bugünkü sayında tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR