Bakı sakini dəm qazından boğularaq ölüb

Bakı sakini dəm qazından boğularaq ölüb
# 17 dekabr 2013 15:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Aydınbəyov küçəsi-12 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 33 yaşlı Elbrus Yarəhməd oğlu Sultanəhmədov yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR