İran parlamentinin spikeri: Ermənistanla əlaqələrin genişlənməsi bölgədə sülhün və sabitliyin bərpası üçün vacibdir

İran parlamentinin spikeri: Ermənistanla əlaqələrin genişlənməsi bölgədə sülhün və sabitliyin bərpası üçün vacibdir
# 05 noyabr 2013 23:57 (UTC +04:00)

Bakı-APA. İran və Ermənistan arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi və dostluq əlaqələrinin genişlənməsi bölgədə sülhün və sabitliyin bərpası üçün vacibdir. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Qalust Saakyanla görüşündə İran parlamentinin spikeri Əli Laricani bəyan edib.

“Fars” agentliyinin məlumatına görə, Laricani İranın bölgə problemlərinin və mübahisələrin həllində siyasi dialoqun rolunu həmişə dəstəklədiyini qeyd edib. “İran İslam Respublikası bölgə problemlərinin tənzimlənməsində həmişə danışıqların aparılmasına və siyasi dialoqa üstünlük verib”, deyə İran parlamentinin spikeri qeyd edib.

Qalust Saakyan, öz növbəsində, İran və Ermənistan arasında genişlənməsi tendensiyasından məmnun olduğunu bildirib: “İran və Ermənistan arasında parlament müstəvisində dostluq əlaqələrinin genişlənməsi iki ölkə arasında ümumi əməkdaşlığı canlandıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR